Otaq Termostatı: Enerji qənaətli, Komfortlu
NEA SMART 2.0 ilə REHAU ən yüksək komfortu sizlərlə təqdim edir.
Hər zaman özünüzü yaxşı hiss etdiyiniz doğru temperatur
NEA SMART 2.0 isinmə və istifadə vərdişlərini öyrənir və otaq temperaturunu onlara uyğun şəkildə avtomatik tənzimləyir. Temperaturu yenidən dəyişmək lazım gəldikdə isə Alexa səsli komanda sistemi vasitəsilə asanlıqla tənzimləmə aparmaq mümkündür.
İstilik xərclərinə 20%-ə qədər qənaət edin
Geofencing (coğrafi sərhəd), açıq pəncərənin aşkarlanması və ya avtomatik enerji qənaəti rejimi kimi ağıllı funksiyalarla 20%-ə qədər enerji qənaəti təmin edilə bilər. Evdə olmadığınız zaman belə isitmə sisteminin dərəcəsini asanlıqla aşağı sala bilərsiniz. Bundan əlavə, NEA SMART 2.0 ilə birlikdə istiliyin optimallaşdırılması üçün beynəlxalq enerji təşviqi proqramlarından (məsələn, BAFA və KfW) yararlanmaq imkanına sahib ola bilərsiniz.
Zərif və zamansız dizayn
Otaq termostatının iki rəng seçimi mövcuddur: sadə və şıq ağ, eləcə də diqqətçəkən qara. Dolayı işıqlandırma üçün opsional işıq çərçivəsi də mövcuddur. Ekran standart olaraq müasir LED matrisinə malikdir.
REHAU-dan komple sistem həlli
REHAU mükəmməl uyum içində çalışan tam bir sistem təqdim edir. Bütün komponentləri tək bir mənbədən təmin edərək, yerdən isitmə sistemi, kollektor sistemi və idarəetmədə optimal uzlaşma əldə edir. Bu sistem döşəmə, divar və tavanda isitmə və soyutma tətbiqləri üçün çevik şəkildə istifadə edilə bilər.
Nea Otaq Termostatı: Mükəmməl dizayn və istifadə xüsusiyyətləri
Nea otaq termostatı məkanın temperaturunu öz rahatlığınıza uyğun səviyyədə, son dərəcə dəqiq və etibarlı şəkildə tənzimləməyə imkan verir. Bir çox praktik funksiyaya malik olan bu termostat sayəsində artıq həssas tənzimləmələr etmək və fərqli zaman proqramlarını seçmək sizin üçün uşaq oyuncağı olacaq. İdarəetmə paneli, taymer, məsafədən ölçmə sensoru və ötürücü (aktüator) ilə tam bir həlldir.
Üstünlükləriniz:
- Divariçi (sıvaaltı) qutuya və ya birbaşa divara asan montaj
- Üç düymə ilə sadə idarəetmə
- Həssas otaq temperaturu tənzimləməsi
- Səssiz açılma və bağlanma
